XƏBƏRLƏR

Azərbaycan Universitetinin müəllimləri beynəlxalq elmi konfransda çıxış ediblər

Azərbaycan Universitetinin müəllimləri beynəlxalq elmi konfransda çıxış ediblər

14 aprel 2025

Baxış sayı: 742

Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrası ilə Xarici dillər kafedrasının bir qrup müəllimi Rusiyanın Sankt-Peterburq Dövlət Universitetində keçirilmiş L.A. Verbitskaya adına LIII Beynəlxalq elmi filoloji konfransında iştirak edib. 

Universitetin əməkdaşlarının konfransda müasir filologiyanın aktual istiqamətləri üzrə təqdim etdikləri elmi məruzələr böyük maraqla qarşılanıb. Dilçilik, ədəbiyyatşünaslıq və tərcümə nəzəriyyəsi istiqamətlərindəki çıxışlar geniş müzakirələrə səbəb olub. 

Elmi axtarışlar, orijinal yanaşmalar və analitik təhlillərlə zəngin olan məruzələr aşağıdakı mövzuları əhatə edib: 

Xarici dillər kafedrası

  • Aygün Qasımova  Xarici dillər kafedrasının müdiri
    The Role of Dynamic Equivalence Translation in Cross-Cultural Understanding
  • Sevinc Eyvazova, baş müəllim
    Differences Between British English and American English Economic Terms
  • Səbahət Hacıyeva, müəllim
    Pragmatic Functions of Discourse Markers in Question-and-Answer Dynamics of Media Interviews
  • Günay Xuduyeva, müəllim
    The Indicators of Speech Situation in Communicative Acts
  • Aynur Cabbarlı, müəllim
    Gender and Feminism in Australian Literature: A Reflection of Cultural Evolution
  • Nuranə Əsədova,  müəllim
    Globalization and Language Enrichment. The Growing Influence of English
  • Aysel Mehdiyeva, müəllim
    The Utilisation of Metonymy in the English Language
  • Züleyxa Bağırzadə, müəllim
    Эффективное управление через эмоциональный интеллект: педагогическая модель для университетов

Tərcümə və filologiya kafedrası

  • Gülnar Rzayeva, filologiya üzrə fəlsəfə doktoru, Tərcümə və filologiya kafedrasının müdiri
    William Faulkner’s The Sound and the Fury: The Cultural and Moral Degradation of Society
  • Ləman Qasımlı, filologiya üzrə fəlsəfə doktoru, dosent
    Replacement as a Grammatical Transformation in Translation
  • Xəyalə Cəfərova, filologiya üzrə fəlsəfə doktoru, baş müəllim
    Metanarrative and Psychological Multidimensionality of Images in Mark Danielewski’s Postmodern Novel “House of Leaves”
  • Aysu Mirzayeva, müəllim
    Multifaceted Semantic Peculiarities of Onomastic Units

Konfrans Azərbaycan Universiteti əməkdaşlarının beynəlxalq elmi aləmdə fəal iştirakının göstəricisi olmaqla yanaşı, onların araşdırmalarının qlobal akademik mühitdə maraq doğurduğunu bir daha sübut edib. 

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR