XƏBƏRLƏR

Xarici dillər kafedrası müəllimlər üçün akademik yazı təlimlərini davam etdirir

Azərbaycan Universitetinin Xarici Dillər kafedrasının təşkilatçılığı ilə IELTS imtahanının “Writing Task 1” bölməsi üzrə maarifləndirici təlim təşkil olunub. Universitetin Təlim və Tədris Mərkəzində kafedranın müəllimi Ayten Pirməmmədova tərəfindən aparılan təlimdə, Xarici dillər kafedrası ilə yanaşı, Tərcümə və filologiya kafedrasının müəllimləri də iştirak ediblər. 

İnteraktiv formatda keçirilən təlimdə “Process Writing” ilə bağlı esselərin yazılış qaydaları, düzgün strukturun qurulması, qrammatik və leksik normalara əməl olunması, qiymətləndirmə meyarları və effektiv yazı strategiyaları ətraflı şəkildə izah olunub. Təlim zamanı iştirakçılar həm nəzəri biliklərlə tanış olublar, həm də praktiki nümunələr üzərində işləyərək müzakirələr aparıblar. Suallar cavablandırılıb, mövzu üzrə təhlillər təqdim olunub və yazı nümunələri üzərində fikir mübadiləsi həyata keçirilib.

Qeyd edək ki, akademik yazı bacarıqlarının inkişafına həsr olunmuş təlimin əsas məqsədi müəllim və tələbələrin akademik yazı bacarıqlarının inkişaf etdirilməsi və beynəlxalq dil imtahanlarına hazırlıq səviyyəsinin yüksəldilməsidir.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR