XƏBƏRLƏR

Nəsirəddin Tusinin xatirəsinə həsr olunmuş konfransın II plenar iclası Azərbaycan Universitetində keçirilib

Nəsirəddin Tusinin xatirəsinə həsr olunmuş konfransın II plenar iclası Azərbaycan Universitetində keçirilib

10 sentyabr 2014

Baxış sayı: 4905

Ensiklopedik alim Məhəmməd Nəsirəddin Tusinin xatirəsinə həsr olunmuş "Riyaziyyatın, astronomiyanın tarixi, mövcud durumu və gələcəyə baxış" mövzusunda beynəlxalq konfransın II plenar iclası bu gün Azərbaycan Universitetinin əsas korpusunda keçirilib. Plenar iclasın sədrliyini Rusiya Federasiyasından prof. Demidov və İsveçrədən prof. Sesiano ediblər.
Plenar iclasda prof. Demidov "Vladimir Syeklov: İki dövrü əhatə edən riyaziyyatçı", prof. Sesiano "Diofant və onun cəbri", Böyük Britaniyadan prof. Ayduz "Dahi Osmanlı riyaziyyatçıları: onların həyat və yaradıcılığı (XV-XX əsrlər)", Rusiya Federasiyasından prof. Maltsev "Anatoli İvanoviç Maltsev"adlı məruzələrlə çıxış ediblər.
Konfrans daha sonra öz işini Azərbaycan Universitetinin əsas korpusunda Riyaziyyat, Astronomiya və Fəlsəfə bölmələri üzrə davam etdirib.
Beynəlxalq konfransda Azərbaycan, İspaniya, Fransa, Böyük Britaniya, İsveçrə, Türkiyə, Ukrayna, Gürcüstan, Rusiya, İran, Özbəkistan və digər ölkələrdən alimlər iştirak edirlər. Konfrans 12 sentyabr 2014-cü il tarixində Şamaxı Astrofizika Rəsədxanasında yekunlaşacaq.
Konfrans Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin qərarı, Akademiyanın Riyaziyyat və Mexanika İnstitutunun, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
10.09.2014

DİGƏR XƏBƏRLƏR