XƏBƏRLƏR

Tələbəmiz Nicat Əliyev vergilər olimpiadasının ikincisi oldu

Tələbəmiz Nicat Əliyev vergilər olimpiadasının ikincisi oldu

26 aprel 2013

Baxış sayı: 5350

Azərbaycan Universitetinin Menecment ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Nicat Əliyev ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Vergilər” mövzusunda 7-ci olimpiadada bakalavr pilləsində təhsil alan tələbələr arasında ikinci yerin sahibi olub. Tələbələrimizdən Güllü Hüseynova, Zöhrab Bağırov, Bəndər İbrahimov, Əli Abdullayev, Elmin Nurməmmədov da olimpiadada yüksək nəticələr göstəriblər.
Hər il ənənəvi olaraq keçirilən olimpiadada bu il Bakı və respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən 16 ali məktəbin 230-dək tələbə və magistrantı iştirak edib.
“Ali təhsil alan tələbələr arasında vergilər mövzusunda olimpiada gərgin rəqabət şəraitində keçir. Lakin ən güclü olanlar yüksək yerləri qazanırlar. Üzərimizdə böyük əməyi olan, bizi müsabiqəyə hazırlaşdıran müəllimimiz Tofiq Hümbətova tələbə yoldaşlarım adından öz dərin minnətdarlığımı bildirirəm. Bu ilki yarışmada ikinci olmağım hələ son deyil” deyən Nicatın hədəfi növbəti olimpiada və müsabiqələrdə birinci olmaqdır.
Qeyd edək ki, Azərbaycan Universitetinin tələbəbləri Vergilər Nazirliyi tərəfindən hər il keçirilən ənənəvi olimpiadada son illərdə yaxşı nəticələr əldə edir, böyük uğurlara imza atırlar. Belə ki, 2012-ci ildə tələbələr arasında hər üç mükafata Azərbaycan Universitetində təhsil alan tələbələr - Babək Quliyev (1-ci yer), Nəsimi Yusifov (2-ci yer) və Tofiq Zeynalzadə (3-cü yer) layiq görülüblər. 
Tələbələrimizi təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik!

İctimaiyyətlə əlaqələr və nəşriyat şöbəsi
26.04.2013

DİGƏR XƏBƏRLƏR