XƏBƏRLƏR

Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş konfrans keçiriləcək

Nizami Gəncəvinin  880 illik yubileyinə həsr olunmuş konfrans keçiriləcək

02 aprel 2021

Baxış sayı: 3330

Azərbaycan Universitetində 7 may 2021-ci il tarixində "Nizami Gəncəvinin əsərləri Azərbaycan xalqının etnogenezisinin Qafqaz və Türk dünyası kontesktində öyrənilməsində ədəbi və tarixi mənbə kimi" beynəlxalq konfransı keçiriləcək.

“Nizami ili” çərçivəsində təşkil olunacaq elmi konfrans dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunur.

Dahi şairin əsərləri tək fövqaladə sənətkarlıq nümunələri deyil, həm də Azərbaycanın, Qafqazın və bütün Şərqin tarixinin öyrənilməsində əvəzsiz mənbədir. Bunu nəzərə alaraq konfransın işində şairin əsərlərində tarixi faktlar və milli kimlik məsələləri, Azərbaycan xalqının etnogenezisinin öyrənilməsində Nizami Gəncəvi yaradıcılığının rolu, Nizami Gəncəvi və müasir tarix kimi aktual məsələlərin araşdırılması, bu problemlər üzrə duskusiyaların təşkili nəzərdə tutulur.

Pandemiya şəraitini nəzərə alaraq konfransın onlayn rejimdə keçirilməsi planlaşdırılır.

Konfransın səhifəsinə keçid:

/az/menu/554/nizami-gencevinin-eserleri-edebi-ve-tarixi-menbe-kimi-respublika-konfransi-haqqinda

İctimaiyyətlə əlaqələr şöbəsi
02.04.2021

DİGƏR XƏBƏRLƏR