XƏBƏRLƏR

Oktyabr ayının əməkdaşı Günay Vahid-zadədir

Oktyabr ayının əməkdaşı Günay Vahid-zadədir

01 noyabr 2019

Baxış sayı: 3026

İnsan resursları departamentinin baş mütəxəssisi Günay Vahid-zadə Azərbaycan Universitetində oktyabr ayı üzrə “Ayın əməkdaşı” seçilib. Seçimdə əməkdaşın vəzifə öhdəlikərini yerinə yetirməsində göstərdiyi keyfiyyət, məsuliyyət və düzgün yanaşma nəzərə alınıb.

“Ayın əməkdaşı” rəhbərlik tərəfindən mükafatlandırılıb.

Günay Elxan qızı Vahid-zadə ali təhsilin hər iki pilləsini fərqlənmə ilə bitirib.

2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin menecment ixtisası üzrə bakalavr, 2014-cü ildə Qafqaz Universitetinin biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr dərəcəsi alıb.

Əmək fəaliyyətinə 2013-cü ildə Avrora MMC-də insan resursları mütəxəssisi olaraq başlayıb.

2018-ci ildən Azərbaycan Universitetində çalışır.

İctimaiyyətlə əlaqələr şöbəsi
01.11.2019

DİGƏR XƏBƏRLƏR