XƏBƏRLƏR

OPDAT-ın nümayəndəsi Azərbaycan Universitetində

OPDAT-ın nümayəndəsi Azərbaycan Universitetində

03 fevral 2016

Baxış sayı: 4730

Azərbaycanda səfərdə olan OPDAT (Office of Overseas Prosecutorial Development, Assistance and Training) direktorunun böyük məsləhətçisi və anti-korrupsiya məsələləri üzrə ekspert cənab Peter Ainsworth Azərbaycan Universitetinin rektoru Fərid Əhmədovu ziyarət edib. Qonağı ABŞ-ın ölkəmizdəki səfirliyinin hüquqi məsləhətçisi James Benedetto müşayiət edib. Görüşdə universitetin bir qrup əməkdaşı da iştirak edib.
Görüşdə korrpusiyaya qarşı mübarizə mövzusunda qarşlıqlı faydalı fikir mübadiləsi aparılıb, qonaqlara Azərbaycan Universiteti haqqında məlumat verilib.
Cənab Peter Ainsworth səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri Komissiyasında dövlət qulluqçuları üçün intekativ etika dərslərinin tədrisinin müzakirəsi məqsədiylə də görüşlər keçirəcək.
Qeyd edək ki, OPDAT-ın missiyası ədliyyə qurumları ilə terrorizm, insan alveri, mütəşəkkil cinayətkarlıq, korrupsiya və maliyyə cinayətləri ilə mübarizədə əməkdaşlıq etməkdən ibarətdir.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
03.02.2016


 

DİGƏR XƏBƏRLƏR