XƏBƏRLƏR

Paşa Həyat Sığorta ASC-nin sığorta təlimləri yekunlaşdı

Paşa Həyat Sığorta ASC-nin sığorta təlimləri yekunlaşdı

16 noyabr 2017

Baxış sayı: 6347

“Paşa Həyat Sığorta” ASC tərəfindən Azərbaycan Universitetinin tələbələri üçün növbəti dəfə təşkil olunmuş “Sığorta və sığorta mədəniyyəti” mövzusunda master klass təlimləri bu gün başa çatıb. “Paşa Həyat Sığorta”nın maarifləndirmə layihəsi üzrə keçirilən təlimlər bu şirkətin təlim mərkəzinin rəhbəri Pərviz Quliyev tərəfindən aparılıb.  

Üç gün davam edən təlimlərdə iştirakçılara sığorta haqqında ümumi məlumatlar, sığorta terminləri, sığortanın hüquqi bazası, sığorta mədəniyyəti, sığorta müqavilələrinin hazırlanması, sığortaçının hüquq və öhdəlikləri, sığorta sektoru, Azərbaycan və xarici sığorta bazarlarının inkişaf istiqamətləri və mövcud vəziyyəti kimi mövzular haqqında ətraflı məlumat çatdırılıb.

Təlimin sonunda tələbələrə müvafiq sertifikatlar təqdim olunub və xatirə şəkilləri çəkdirilib.  

Təlimlərdə Biznes və iqtisadiyyat fakültəsinin 42 tələbəsi iştirak edib. 

İctimaiyyətlə əlaqələr şöbəsi
16.11.2017


DİGƏR XƏBƏRLƏR