XƏBƏRLƏR

Payız semestrinin imtahan sessiyası əyani şəkildə təşkil olunub

Payız semestrinin imtahan sessiyası əyani şəkildə təşkil olunub

29 dekabr 2022

Baxış sayı: 9752

Azərbaycan Universitetində 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb. Sessiya əyani şəkildə təşkil olunub və 5 həftə müddətində davam edəcək. 

Universitetin rektoru Səadət Əliyevanın müvafiq əmri ilə imtahanların təşkili, təhsilalanların biliyinin qiymətləndirilməsində şəffaflığı, obyektivliyi təmin etmək məqsədilə “İmtahan qərargahı”, həmçinin sessiya dövründə imtahanların gedişinə nəzarət, yarana biləcək neqativ halların dərhal aradan qaldırılması məqsədilə “İmtahan nəzarət komissiyası” fəaliyyət göstərir.

İmtahan sessiyası dövründə tələbələrin biliyinin yenidən qiymətləndirilməsi və imtahan zamanı baş vermiş münaqişələrin aradan qaldırılması üçün ixtisas kafedralarına uyğun olaraq Apellyasiya Komissiyası da yaradılıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR