XƏBƏRLƏR

PETRA layihəsinin növbəti seminar və təlimləri İspaniyada təşkil olunub

PETRA layihəsinin növbəti seminar və təlimləri İspaniyada təşkil olunub

03 iyul 2018

Baxış sayı: 4719

Azərbaycan Universitetinin əməkdaşları - Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov, Sosial işin təşkili kafedrasının müdiri Aygün Musayeva, Xarici dillər kafedrasının müdiri Samirə Məmmədova, Monitorinq və qiymətləndirmə üzrə mütəxəssis Elçin Cəfərov   PETRA layihəsi çərçivəsində İspaniyanın Valensiya Politexnik Universitetində keçirilmiş növbəti silsilə seminar və təlimlərdə iştirak ediblər. 5 günlük seminar və təlimlərdə iştirakçılar Valensiya Politexnik Universiteti, universitetdə tədqiqat işlərinin təşkili və yerinə yetirilməsi, tədqiqat işlərinin elektron bazasının yaradılması, istifadəsi və hər kəsə əlçatan olması (Open access) haqqında məlumat əldə edib, həmçinin Valensiya Politexnik Universitetində keçirilən 4-cü Beynəlxalq Ali Təhsil konfransında iştirak ediblər.

PETRA layihəsinin əsas məqsədi Azərbaycanın ali təhsil müəssisələrində tədris və təlimin təkmilləşdirilməsi sahəsində Avropa universitetləri ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin də tərəfdaş olduğu layihədə Azərbaycanın 8 universiteti  (Azərbaycan Universiteti, Xəzər Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universiteti) iştirak edir. Layihənin koordinatoru İspaniyanın Valensiya Politexnik Universiteti, Avropadan tərəfdaşları isə Finlandiyadan Jyvaskyla, Macarıstandan Debrecen, Avstriyadan Vyana Tətbiqi Elmlər, Türkiyədən Gazi universitetləridir.

İctimaiyyətlə əlaqələr şöbəsi
03.07.2018


DİGƏR XƏBƏRLƏR