XƏBƏRLƏR
Poliqlot Aslan Məmmədzadə Azərbaycan Universitetinin tələbələri ilə görüşüb
Polyglotcenter.az saytının təsisçisi, təlimçi və mentor Aslan Məmmədzadə Azərbaycan Universitetinin tələbələri ilə görüşüb. Görüşü Tərcümə və filologiya kafedrası təşkil edib.
Tədbiri giriş sözü ilə kafedranın müdiri, dosent Samirə Məmmədova açaraq qonağı tələbələrə təqdim edib və dəvəti qəbul etdiyinə görə minnətdarlığını bildirib.
Ardınca Aslan Məmmədzadə çıxış edərək iştirakçılara dil öyrənmə üsulları və yeni texnologiyalar haqqında məlumat verib. Qonaq qeyd edib ki, şəxsi və işgüzar həyatında 9 müxtəlif dildən istifadə edir, rus, türk, ingilis, fransız, ispan italyan, alman, polyak dillərini akedemik səviyyədə öyrənib. Dil öyrənmək mürəkkəb prosesdir, burada və motivasiya motivasiya böyük rol oynayır.
Aslan Məmmədzadə bildirib ki, dinləmək və oxumaq vasitəsilə bütün dilləri ana dili kimi mənimsəmək mümkündür. Elektron resurslardan istifadə etmək yoluyla da xarici dilləri öyrənmək olar.
Qonağ çıxışında dil öyrənmə prosesində qarşılaşdığı maraqlı məqamları da tələbələrlə görüşüb, həmçinin onların mövzuya dair çoxsaylı suallarını cavablandırıb.
İctimaiyyətlə əlaqələr şöbəsi