XƏBƏRLƏR

Professor Qabil Əliyev yüksək dövlət mükafatı ilə təltif edilib

Professor Qabil Əliyev yüksək dövlət mükafatı ilə təltif edilib

10 iyul 2019

Baxış sayı: 5329

Azərbaycan Universitetinin İctimai elmlər kafedrasının müdiri, tarix elmləri doktoru, professor Qabil Əliyev Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib. Yubiley medalı bu gün Təhsil Nazirliyində bir qrup alimə, təhsil işçisinə, o cümlədən professor Qabil Əliyevə təqdim edilib.

Qeyd edək ki, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalının təsis edilməsi ilə bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Bu medalla AXC liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.

Qabil müəllimi bu yüksək dövlət mükafatını alması münasibətilə təbrik edirik!

İctimaiyyətlə əlaqələr şöbəsi
10.07.2019

DİGƏR XƏBƏRLƏR