XƏBƏRLƏR

Professor Qüdrət İsmayılzadə tələbələrə mühazirə oxuyub

Professor Qüdrət İsmayılzadə tələbələrə mühazirə oxuyub

01 oktyabr 2019

Baxış sayı: 3970

Azərbaycan Universitetinin tarix ixtisası üzrə təhsil alan tələbələri Azərbaycan tarixi fənninin sillabusunda yer alan “Azərbaycan Tunc dövründə” mövzusunda mühazirəni tarix elmləri doktoru, professor Qüdrət İsmayılzadədən dinləyiblər.

Mühazirə tunc dövründə Kür-Araz mədəniyyətinin yaranması və inkişafı, ilkin şəhər mədəniyyətinin, ictimai əmək bölgülərinin yaranması və bu kimi mövzuları əhatə edib.

Professor Qüdrət İsmayılzadə tələbələrə elmi fəaliyyəti, rəhbərlik etdiyi arxeoloji ekspedisiyalar, qarşılaşdığı hadisə və situasiyalar haqqında da məlumat verib.

Professor sonda tələbələrin mövzuya dair suallarını cavablandırılıb.

Professor Qüdrət İsmayılzadə Bakı Dövlət Universiteti Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiridir. 200-dən artıq elmi məqalə və monoqrafiyanın müəllifidir. “Miras” jurnalının beynəlxalq redaksiya şurasının üzvüdür. “Azərbaycan Arxeologiyası” jurnalının baş redaktorudur.

İctimaiyyətlə əlaqələr şöbəsi
01.10.2019

DİGƏR XƏBƏRLƏR