XƏBƏRLƏR

Professor Zahid Məmmədov Azərbaycan Universitetində mühazirə oxuyub

Professor Zahid Məmmədov Azərbaycan Universitetində mühazirə oxuyub

11 oktyabr 2017

Baxış sayı: 6224

Azərbaycan Universitetinin fərdi inkişaf mövzulu ənənəvi master klass mühazirələrinin növbəti qonağı Azərbaycan Dövlət İqtisad Universitetinin Elm şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Zahid Məmmədov olub. “Müasir universitetlərdə elmi fəaliyyətin idarə olunması: İnnovativ inkişaf modeline keçid” adlı mühazirədə professor beynəlxalq standartlara uyğun olaraq elm, təhsil, tədqiqat formatlı universitetə keçidlə bağlı fikirlərini bölüşüb, tədbir iştirakçılarının suallarını cavablandırıb.

Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasında milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsi ilə Azərbaycanda daha səmərəli ali təhsil sisteminin formalaşdırılması prosesinə start verilib. Paralel olaraq təhsil sistemindəki mövcud standartların dəyişdirilməsi, modernləşdirilməsi və beynəlxalq səviyyəli təhsil sistemlərinə uyğun şəkildə qurulması böyük əhəmiyyət kəsb edir.

Tədbirdə ənənəvi təhsil sistemi ilə modern təhsil sistemi arasındakı fərqlərə toxunulub, “Tədqiqat universiteti modelinə keçid” mövzusu ətrafında müzakirələr aparılıb,

İctimaiyyətlə əlaqələr şöbəsi
11.10.2017


DİGƏR XƏBƏRLƏR