XƏBƏRLƏR

Professor Zahid Məmmədov tələbələr üçün növbəti dəfə mühazirə oxuyub

Professor Zahid Məmmədov tələbələr üçün növbəti dəfə mühazirə oxuyub

21 noyabr 2018

Baxış sayı: 6388

Azərbaycan Universitetinin ənənəvi master klass mühazirələrinin növbəti qonağı Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, iqtisad elmləri doktoru, professor Zahid Məmmədov olub. “Ailə büdcəsi” adlı mühazirə ailə büdcəsinin formalaşdırılması, idarə olunması, gəlir və xərclərin proqnozlaşdırılması, xərclərin optimallaşdırılması, gəlirlərin artırılması kimi mövzuları əhatə edib.

Tədbirdə qeyd olunub ki, ailə gəlirlərinin idarə olunmasında tərəflər bərabər hüquqlara malik olmalıdırlar. Büdcənin səmərəliliyi onun planlaşdırılmasından birbaşa asılıdır.

Professor tədbir iştirakçılarının mövzu ilə bağlı çoxsaylı suallarını cavablandırıb.

Tələbələrin karyera ilə bağlı suallarını da cavablandıran professor Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının “İş yeri axtarma, iş yeri yarat” layihəsi haqqında danışıb və sahibkarlığa marağın artırılması istiqamətində öz tövsiyyələrini verib.

Tədbirdə ailə büdcəsinin əks olunduğu filmlərdən fraqmentlər, ədəbi əsərlərdən nümunələr gətirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi
21.11.2018

DİGƏR XƏBƏRLƏR