XƏBƏRLƏR
Professor Azad Məmmədov beynəlxalq konfransda məruzə ilə çıxış edib
Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının professoru, filologiya elmləri doktoru Azad Məmmədov Polşa Adam Mitskeviç adına Poznan Universitetinin İngilis dili fakültəsinin təşkilatçılığı ilə 13-15 sentyabr 2023-cü tarixlərində keçirilən “52-ci Linqvistik Görüş” adlı beynəlxalq konfransda (52nd Poznan Linguistic Meeting) məruzə ilə çıxış edib. Professor Azad Məmmədovun məruzəsi “Tərcümə diskursunda konseptual ekvivalentlik məsələsi”nə həsr olunub.
1970-ci ildən ənənəvi olaraq keçirilən konfransın əsas məqsədi elmi tədqiqat müəssisələri, universitetlər, dövlət və özəl sektorlardan olan nümayəndələri bir araya gətirərək dilçilik sahəsində mövcud elmi və praktiki problemləri müzakirə etməkdir.
İctimaiyyətlə əlaqələr şöbəsi
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetində Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
18 sentyabr 2026
Azərbaycan Universitetinin dosenti ABŞ-də akademik səfərdə olub
16 sentyabr 2026
Azərbaycan Universitetində 2026/2027-ci tədris ilinə start verilib
15 sentyabr 2026
Bu il 22 tələbə Azərbaycan Universitetini fərqlənmə diplomu ilə bitirib
09 sentyabr 2026
Tərcümə və filologiya kafedrasının baş müəlliminə fəlsəfə doktoru elmi dərəcəsi verilib
07 sentyabr 2026
“Ulduz tələbə”lərin seçilməsi üçün müraciətlər başlayır
27 avqust 2026
