XƏBƏRLƏR

Elmi işlər üzrə prorektor Yusif Qasımov Türkiyədə beynəlxalq simpoziumda iştirak edib

Azərbaycan Universitetinin həmtəşkilatçılığı ilə Türkiyənin Harran Universitetində “VIII Beynəlxalq Riyaziyyat və Mühəndislik Elmləri” (CMES-2024) simpoziumu keçirilib. Dünyanın 20 ölkəsindən 350-yə yaxın alim və tədqiqatçının iştirak etdiyi beynəlxalq elmi tədbirdə 162 məruzə dinlənilib. 

Azərbaycan Universitetini simpoziumda elmi işlər üzrə prorektor, riyaziyyat elmləri doktoru Yusif Qasımov təmsil edib. Yusif Qasımov simpoziumun açılış mərasimində salamlama nitqi söyləyib, ilk plenar məruzə sessiyasına sədrlik edib, həmçinin “Ənənəvi olmayan qoyuluşlarda bəzi spektral tərs məsələlər” mövzusunda plenar məruzə ilə çıxış edib. 

Açılış mərasimi və plenar iclasların ardından tədbirin işi 30 bölmə iclasında davam edib. 

Riyaziyyat və mühəndislik sahələrində tədqiqat aparan alimləri biraraya gətirən elmi tədbirin iştirakçıları simpoziumun sosial proqramı çərçivəsində Harran Universitetinin yerləşdiyi Şanlıurfanın tarixi yerləri və mədəniyyət abidələri ilə də tanış olublar. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR