XƏBƏRLƏR
“Qarabağın dirçəlişi – ekolayihələr” müsabiqəsinin II turu 23-24 may 2024-cü il tarixlərində keçiriləcək
Azərbaycan Universitetinin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Qarabağın dirçəlişi – ekolayihələr” mövzusunda elan etdiyi “Ən yaxşı tələbə elmi işi” müsabiqəsinin II turu 23-24 may 2024-cü il tarixlərində keçiriləcək. II mərhələyə keçən layihələrin siyahısı aşağıdadır:
- Bayramov Eyvaz, Veyisova Ülkər, Mirzəyev Əlihüseyn, İsmayılov Sənan, Məmmədov Nadir, Qasımov Amil
“Smart Kənd” layihəsi - Əbdüləzimova Aysel, Bağırova Zeynəb
“Smart City” layihələrinin memarlıq üstünlükləri və onların Qarabağ iqtisadi rayonunda tətbiqi - Əhmədov Rəhman, Orucov Nazim
Azərbaycan Respublikasında aşağı temperaturlu geotermal sulardan elektrik və istilik enerjisi istehsalı - Fərzalızadə Şamil, Fərəcov Ruhan
Qarabağın meşə massivinin bərpası üçün yerli xammal əsasında yeni boy stimullaşdırıcı reagentlərin hazırlanması - Məmmədzadə Fateh
Децентрализованная энергетика в Карабахе - Murtuzov Ruslan
Piezoelektrik effektinin panel-döşəmə sxemində tətbiqi və alternativ enerji mənbəyinin yaradılaraq ağıllı şəhər konsepsiyasında istifadəsi - Hüsniyə Necati Solut Əsgər
“SolarAgriCold” - Qafarov Rasim
Miniatür Qarabağ - Qədirli Nihad
Bərpa olunan enerji texnologiyalarından istifadə etməklə oksigenin alınması - Şükürov Emil
Ağıllı zibil qabı
Müəlliflər daha ətraflı məlumat üçün Azərbaycan Universitetinin Elm şöbəsi ilə əlaqə saxlaya bilərlər.
Tel: (+994 12) 431 41 12 (daxili 160), (+994) 55 203 82 88
E-poçt: elm@au.edu.az
Müsabiqənin məqsədi işğaldan azad olunmuş torpaqlarda başlanan quruculuq işlərində gənclərin aktiv iştirakının təmin edilməsidir. Müsabiqədə Azərbaycanın bütün universitetlərini təmsil edən bakalavriat və magistratura tələbələrinin yeni ekoloji, innovativ ideyaları, “smart city - smart village” konsepsiyasının reallığa çevrilməsi üçün təkliflərinin toplanması, gənc istedadların üzə çıxarılması və onların elmi tədqiqata cəlb olunması nəzərdə tutulur. Müsabiqənin əsas istiqaməti ətraf mühitin yaxşılaşdırılmasına, sağlamlığa mənfi təsirinin azaldılmasına və əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək edəcək ən yaxşı elmi-praktik layihələrin müəyyənləşdirilməsidir.
Müsabiqənin səhifəsinə keçid:
https://www.au.edu.az/az/research/musabiqe_ekolahiye_2024
İctimaiyyətlə əlaqələr şöbəsi