XƏBƏRLƏR

Qızıl Aypara Cəmiyyətindən Azərbaycan Universitetinin tələbələri üçün iki günlük mühazirə

Qızıl Aypara Cəmiyyətindən Azərbaycan Universitetinin tələbələri üçün  iki günlük mühazirə

22 noyabr 2017

Baxış sayı: 7850

Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Azərbaycan Universitetinin tələbələri üçün təşkil olunmuş iki günlük mühazirələr yekunlaşıb. “Renosans dövründə ortaya çıxan humanizmin təhlili” məqsədilə keçirilən dərsləri təşkilatın psixososial dəstək üzrə mütəxəssisi İsmayıl Atayev aparıb.

Tələbələrə “Mikelancelo və zaman”, “Şüursuz və Şüuraltı reaksiyaların təhlili” (Stimulyasiyon və motivasiyon paralellərin təhlili) mövzularında mühazirə oxuyan İsmayıl Atayev renosans dövrünün ümumi psixologiyası, incəsənət, ədəbiyyat və digər sahələrdə psixoloji vəziyyət haqqında məlumat verib. Mühazirənin birinci  günündə məşhur filosofların konsepsiyaları, ikinci günündə isə psixologiya alimlərinin nəzəriyyələri müzakirə edilib. Sonda tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, 1920-ci ildə təsis olunan Azərbaycan Qızıl Aypara Cəmiyyəti respublikanın sosial məsələlərinin həllində yaxından iştirak edir, bu istiqamətdə təhsil və səhiyyə ocaqları ilə əməkdaşlıq edir. 

İctimaiyyətlə əlaqələr şöbəsi
22.11.2017


DİGƏR XƏBƏRLƏR