XƏBƏRLƏR

Azərbaycan Universitetinin təşəbbüsü ilə “Qlobal çağırışlar və Türk Dünyası” beynəlxalq konfransı keçiriləcək

Azərbaycan Universitetinin təşəbbüsü ilə   “Qlobal çağırışlar və Türk Dünyası” beynəlxalq konfransı keçiriləcək

27 fevral 2023

Baxış sayı: 6962

Azərbaycan Universiteti Siyasi elmlər kafedrasının təşəbbüsü, Beynəlxalq Dublin Universiteti, Tarix, iqtisadiyyat və hüquq elmi-tədqiqat institutu, Ege Universiteti, Ürgənc Dövlət Pedaqoji Universiteti, Bitlis Eren Universiteti, Trakya Universiteti, Mindanao Universiteti və BZT Akademiyasının birgə təşkilatçılığı ilə türk dünyasının tarixi, mədəniyyəti və müasir dövrdə geosiyasi vəziyyətinin öyrənilməsinə həsr olunmuş “Qlobal çağırışlar və Türk Dünyası” mövzusunda I Beynəlxalq elmi konfrans keçiriləcəkdir. Konfransda iştirak etmək üçün yerli və xarici alimlər, elmi-tədqiqat müəssisələrinin əməkdaşları və universitet müəllimləri dəvət olunur.

Konfransın keçiriləcəyi tarix və yer

  • Konfrans 12 aprel 2023-cü il tarixində Bakı vaxtı ilə saat 10:00-da ZOOM platforması vasitəsilə onlayn keçiriləcək və hər bir konfrans iştirakçısına konfransa qoşulmaq üçün keçid göndəriləcəkdir. 

Konfransın istiqamətləri 

  • Politologiya
  • Sosiologiya
  • Kulturologiya
  • Tarix
  • İqtisadiyyat
  • Filologiya

Konfransda iştirakın forma və şərtləri

Konfransın işçi dilləri

  • Azərbaycan, türk, rus, ingilis

Qeydiyyat və tezislərin göndərilməsi

  • Konfransda iştirak etmək üçün tezislər 20 mart 2023-cü il tarixindən gec olmayaraq elektron qaydada Təşkilat Komitəsinin 2023turkdunyasi@gmail.com poçt ünvanına göndərilməlidir. 

Tezislərin tərtibi qaydaları

  • Həcm 1000-1500 sözdən ibarət olmalı və istinadlar APA style ilə verilməlidir.

Tezislərin strukturu

  • 1. Tezisin adı
  • 2. Müəllifin soyadı, adı
  • 3. Təmsil etdiyi müəssisənin adı, vəzifəsi, elmi dərəcəsi
  • 4. Elektron poçt ünvanı
  • 5. Mətn
  • 6. Ədəbiyyat siyahısı

Konfransın proqramı 

Konfrans proqramı çərçivəsində plenar iclasın keçirilməsi və bölmələr üzrə mövzu ətrafında müzakirələrin aparılması nəzərdə tutulur. Konfransa qəbul edilən tezislər toplu şəklində dərc olunacaqdır. 

Təşkilat komitəsi ilə əlaqə

  • Ünvan: AZ 1007, Bakı şəh., Nəsimi rayonu, C.Hacıbəyli 71
  • Telefon: (+99412) 431 41 12 (129), (+994) 55 204 58 00

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR