XƏBƏRLƏR

“Qüvvət elmdədir” adlı esse müsabiqəsi elan olunur

“Qüvvət  elmdədir” adlı esse müsabiqəsi elan olunur

30 sentyabr 2021

Baxış sayı: 1802

Azərbaycan Universitetinin tələbələri arasında klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş “Qüvvət  elmdədir” adlı esse müsabiqəsi elan olunur. Bütün fakültə və ixtisaslar üzrə tələbələrimiz

  • Nizami yaradıcılığında bilik  
  • Nizami yaradıcılığında iqtisadi motivlər
  • Nizami yaradıcılığında elm və mənəviyyat

mövzularında esselerini özləri haqqında məlumatla birlikdə (ad, soyad, ata adı, ixtisas, kurs) 1-30 oktyabr 2021-ci il tarixlərində pr@au.edu.az elektron poçtuna göndərə bilərlər. Müsabiqəyə təqdim olunan esseler Azərbaycan dilində olmalı, “MS Word” proqramında Times New Roman şrifti ilə 12 ölçüdə, 1.5 sətir aralıqlı yazılmalı və maksimum 1000 sözdən ibarət olmalıdır.  Hər bir iştirakçı müsabiqəyə yalnız 1 (bir) esse təqdim edə bilər.

Təqdim edilən esselərin seçimi 1-15 noyabr 2021-ci il tarixləri arasında Münsiflər Heyəti tərəfindən aparılacaq, qalib və fərqlənənlər müəyyənləşəcək.

Mükafatlandırma mərasimi dekabr ayında keçiriləcək. I, II və III yerlərin qalibləri və fərqlənələr fəxri fərman və diplomla  mükafatlandırılacaqlar.

Müsabiqə Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2021-ci il tarixli Sərəncamının və Azərbaycan Universitetinin “Nizami Gəncəvi İli” çərçivəsində həyata keçiriləcək tədbirlər planınən icrasının təmin edilməsi məqsədi ilə həyata keçirilir.

Esse müsabiqəsinin keçirilməsində məqsəd Nizami Gəncəvi yaradıcılığında olan elmə, biliyə və istedada verilən dəyərin təhlil edilməsi, cəmiyyət üçün onun faydasının tələbələrə aşılanması, tələbələrin esse janrı və müvafiq yazı prinsiplərini öyrənməsi və analtitik düşüncə tərzinin formalaşdırılmasıdır.

Təşkilat Komitəsi əlaqə telefonu: (+99412) 431 41 12 daxili 136

İctimaiyyətlə əlaqələr şöbəsi
30.09.2021

DİGƏR XƏBƏRLƏR