XƏBƏRLƏR

Rektor Fərid Əhmədov: “İnkişaf, innovativ düşünməklə mümkündür”

Rektor Fərid Əhmədov: “İnkişaf, innovativ düşünməklə mümkündür”

20 may 2016

Baxış sayı: 5102

Azərbaycan Universitetinin rektoru Fərid Əhmədovun tələbələrlə növbəti görüşü seminar-mühazirə formatında baş tutub.  Universitetin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə keçirilən görüşdə rektor tələbələr qarşısında “Düşüncə tərzləri və çərçivələrdən kənara çıxmaq” mövzusunda çıxış edib.
Rektor çıxışında çərçivə düşüncə, innovativ düşüncə, pafos düşüncə, loqos düşüncə, müəyyən olunmuş ölçülərdən kənara çıxmaq, sərbəst olmaq, çərçivəyə sığmamaq, tənqidi düşüncə kimi anlayışlara aydınlıq gətirib. Qeyd edib ki, hansı işlə məşğul olacağımızı düşüncə tərzimiz müəyyənləşdirir. Çərçivəsiz düşünmək gənclərin uğurlu və faydalı insan kimi formalaşmasında böyük rol oynayır. Müasir dövrdə inkişaf, innovativ düşüncə tələb edir.
Fərid Əhmədov bildirib ki, gənclər universitet təhsili ilə kifayətlənməməli, öz üzərlərində yaxşı işləməli, zamanı boş yerə sərf etməməlidirlər. Cəmiyyət tərəfindən ümumi qəbul görmüş standart, insanı məhdudlaşdıran çərçivə düşüncələrdən kənara çıxmaqla özünü müxtəlif sahələrdə sınamaq da mümkündür. Belə eksperimantal davranış nümayiş etdirən, öz ideyalarının arxasınca gedən və həyatda uğur qazanan, cəmiyyətə faydalı olan xeyli insan var.
Görüşdə tələbələrin mövzu ətrafında sualları cavablandırılıb, müzakirələr aparılıb.   

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
20.05.2016

DİGƏR XƏBƏRLƏR