XƏBƏRLƏR

Rektor Səadət Əliyeva Almaniyaya gedən tələbələrlə görüşüb

Rektor Səadət Əliyeva Almaniyaya gedən tələbələrlə görüşüb

14 mart 2018

Baxış sayı: 6534

Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva Almaniyanın Koblenz Universitetinə təhsil almaya gedən tələbələr – Ruzigar Şirinov və Elimxan Əliyev ilə görüşüb. Rektor qeyd edib ki, beynəlxalq əlaqələrin genişləndirilməsi, xaricdə təhsil imkanlarının axtarılması və yaradılması  universitetdə daim diqqət mərkəzində saxlanılır və tələbələr bu imkanlardan istifadə etməyə ruhlandırılır.  Xaricdə təhsil almağın karyera üçün üstünlükləri haqqında danışan Səadət Əliyeva tələbələrə öz tövsiyələrini verib.

Qeyd edək ki, Biznes və iqtisadiyyat fakültəsinin tələbələri  Ruzigar Şirinov (Maliyyə, II kurs) və Elimxan Əliyev (Maliyyə, II kurs) 2017/2018-ci tədris ilinin yaz semestrini “Erasmus+” mübadilə proqramı çərçivəsində Almaniyanın tərəfdaş Koblenz Universitetində oxuyacaqlar. Bu gün Almaniyaya yola düşən tələbələr Koblenz Universitetində akademik təcrübə də keçəcəklər.  Tələbələrimiz vətənə avqust ayının sonunda qayıdacaqlar.

 

İctimaiyyətlə əlaqələr şöbəsi
14.03.2018


DİGƏR XƏBƏRLƏR