XƏBƏRLƏR

Rektor Səadət Əliyeva Erasmus tələbələri ilə görüşüb

Rektor Səadət Əliyeva Erasmus tələbələri ilə görüşüb

05 fevral 2018

Baxış sayı: 5639

Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva 2017/2018-ci tədris ilinin payız semestrini "Erasmus+" mübadilə proqramı çərçivəsində Türkiyənin Anadolu Universitetində oxuyan tələbələrlə görüşüb. Görüşdə Elvira Seyidova (Menecment, IV kurs), Əfsanə Abdulhəsənova (Maliyyə, IV kurs), Ülkər Məmmədova (Maliyyə, MBA) və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov iştirak edib.

Erasmus tələbələri ilə görüşdə rektor Səadət Əliyeva Azərbaycan Universitetinin tərəfdaş olduğu beynəlxalq təhsil layihələri, qoşulduğu mübadilə proqramları və xarici tərəfdaş universitetlərə göndərilən tələbə-müəllim heyəti haqqında məlumat verib. Rektor qeyd edib ki, Azərbaycan Universiteti beynəlxalq təcrübənin öyrənilməsinə və tələbələrin hərətəfli inkişafına xüsusi əhəmiyyət verir. Beynəlxalq əlaqələrin genişləndirilməsi, tələbələrin xarici tərəfdaş universitetlərdə bir yaxud iki semestr oxumaq vəya akademik təcrübə keçmək üçün göndərilməsi bu istiqamətdə görülən işlərin bir hissəsidir.

Görüşdə iştirak edən tələbələr Anadolu Universitetindəki tədris mühiti, tələbə həyatı və dərsdənkənar fəaliyyətlər, beynəlxalq tələbələr üçün yaradılmış imkanlar haqqında təəssüratlarını bölüşüblər.

İctimaiyyətlə əlaqələr şöbəsi
06.02.2018

DİGƏR XƏBƏRLƏR