XƏBƏRLƏR
Rektor Səadət Əliyeva təltif olunub
Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) yaradılmasının 100 illiyi münasibətilə həmkarlar ittifaqı hərəkatında xidmətlərinə görə “Yubiley döş nişanı” ilə təltif olunub. Rektor bu mükafata ATİAHİ Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı ilə layiq görülüb.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı 1920-ci il iyunun 9-da yaradılıb və yarandığı vaxtdan bu günə kimi öz üzvlərinin, müəllimlərin, təhsil sahəsində çalışan işçilərin əmək və sosial hüquqlarının qorunmasında, onların asudə vaxtının səmərəli keçirilməsində, istirahətlərinin təşkilində böyük xidmətləri olub.
İctimaiyyətlə əlaqələr şöbəsi
02.02.2022
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetində “29 imza…” sənədli filmi nümayiş olunub
23 oktyabr 2026
Azərbaycan Universiteti 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22 oktyabr 2026
Sosial işin təşkili kafedrasında təhsil proqramlarının əmək bazarının tələblərinə uyğunluğu müzakirə olunub
20 oktyabr 2026
Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi doktorant Tamella Abdiyevanın mühazirəsini təşkil edib
20 oktyabr 2026
Azərbaycan Universitetində Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib
17 oktyabr 2026
Azərbaycan Universitetinin daha 16 tələbəsi PTE sertifikatını əldə edib
14 oktyabr 2026
