XƏBƏRLƏR
Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanın Qurban Bayramı təbriki
Xalqımız bu il əziz Qurban Bayramını da digər bayramlar kimi yüksək əhval-ruhiyyə ilə qeyd edir. Qələbə ovqatı ilə edilən dua və niyyətlərin, kəsilən qurbanların Tanrı dərgahında qəbul olunması diləyi ilə bütün həmvətənlərimizi mərhəmət, xeyirxahlıq, həmrəylik kimi ali insani dəyərlərin, mənəvi təmizlənmənin, birlik və paylaşmanın simvolu olan müqəddəs Qurban Bayramı münasibətilə təbrik edirəm.
Bu əziz və mübarək gündə xalqımıza, ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza can sağlığı, sevinc və səadət, süfrələrə bolluq və bərəkət, ölkəmizə və dünyaya rifah, tərəqqi, sülh və əmin-amanlıq arzulayıram.
Qurban Bayramınız mübarək olsun!
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetinin nümayəndə heyəti Almaniyada təcrübə mübadiləsində iştirak edir
20 noyabr 2026
Dissertant Şəbnəm Xəlilzadənin dissertasiya işinin ilkin müzakirəsi keçirilib
20 noyabr 2026
Azərbaycan Universitetində süni intellekt alətlərinin elmi fəaliyyətə inteqrasiyası müzakirə olunub
19 noyabr 2026
Azərbaycan Universitetinin yeni akademik heyət üzvləri üçün dörd moduldan ibarət təlim təşkil olunub
17 noyabr 2026
Azərbaycan Universiteti AKTA-nın hesabat tədbirində təmsil olunub
17 noyabr 2026
Azərbaycan Universitetində türkiyəli alimin ustad dərsi təşkil olunub
16 noyabr 2026
