XƏBƏRLƏR

Rektorun müşaviri Nüşabə Quliyeva beynəlxalq simpoziumda iştirak edib

Rektorun müşaviri Nüşabə Quliyeva beynəlxalq simpoziumda iştirak edib

11 mart 2022

Baxış sayı: 2429

Azərbaycan Universiteti rektorunun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva Molla Pənah Vaqifin anadan olmasının 305 illik yubileyinə həsr olunmuş “Mədəniyyətlərin inteqrasiyası və multikulturalizm” (Integration of cultures and multiculturalism) adlı XXIII beynəlxalq simpoziumda iştirak edib. Nüşabə Quliyevanın məruzəsi “Təhsildə gender problemi” mövzusuna həsr olunub.

Simpoziumda 7 ölkədən 70-dən çox iştirakçının səhiyyə, təhsil, sosial və texniki elmlər kimi sahələr üzrə təqdim etdikləri tezislərin təqdimatları dinlənilib.

Simpozium “ELGER” Beynəlxalq Elm-tədris Mərkəzinin təşkilatçıllığı, Türkiyənin Qafqaz Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı, Naxçıvan Universiteti, Qazaxıstanın Avrasiya Milli Universitetinin tərəfdaşlığı ilə Zoom platforması üzərindən təşkil olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi
11.03.2022

DİGƏR XƏBƏRLƏR