XƏBƏRLƏR

Riyaziyyat və informatika kafedrasının əməkdaşlarının elmi məqaləsi Qazaxıstan nəşrində dərc olunub

Riyaziyyat və informatika kafedrasının əməkdaşlarının elmi məqaləsi Qazaxıstan nəşrində dərc olunub

10 avqust 2023

Baxış sayı: 763

Azərbaycan Universitetinin Riyaziyyat və İnformatika kafedrasının müdiri, dosent Rəşad Məstəliyev və kafedranın müəllimləri dosent Bəhram Əzizov və dosent Rəhim Rəhimovun həmmüəllif olduqları “Digital processing of analogue signal in Mathlab using wavelent analysis” adlı  elmi məqalə Qazaxıstanda çap olunan “Endless Light in Science”  (https://scholar.google.ru/citations?user=CHPGW0cAAAAJ&hl =ru) adlı beynəlxalq elmi-praktik jurnalda dərc olunub.  

Məqalə bioloji siqnalların və təsvirlərin kompüterdə emalı və onların vizuallaşdırılması kimi tətbiqi məsələnin tədqiqinə həsr olunub. Bu zaman siqnalların zaman-tezlik təmsilçiliyini təmin edən çevirmə növünə aid olan veyil (dalğacıq) çevirməsindən istifadə olunub. Konkret misallar “Matlab”da realizə olunub və alınmış nəticələrin müqaisəli təhlili verilib. 

Məqalədə tədqiq olunmuş məsələlər Riyaziyyat və informatika kafedrasının elmi seminarında müzakirələr zamanı qarşıya çıxıb və yekunda bu nəticələrin elmi jurnallarda çap olunması qərara alınıb.  Alınmış nəticələr gələcəkdə əlavə parametrlərin daxil edilməsi ilə yeni elmi nəticələrədə  töhfə ola bilər.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR