XƏBƏRLƏR

Dissertant Sadıq Qarayevin dissertasiya işinin ilkin müzakirəsi keçirilib

Dissertant Sadıq Qarayevin  dissertasiya işinin  ilkin müzakirəsi keçirilib

01 iyun 2021

Baxış sayı: 2351

Azərbaycan Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının iclasında Sadıq Zaman oğlu Qarayev filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi “Kamal Abdullanın nəsrində tarixi və mifoloji yaddaş problemi” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Ülviyyə Rəhimovanın sədrlik etdiyi iclasda rəyçilər prof. Sənan İbrahimov, dos. Fərhad Mədətov və komissiyanın üzvləri prof. Qorxmaz Quliyev, prof. Asif Hacıyev, dos. Ülviyyə Əliyeva iştirak edib. Prof. Məhərrəm Qasımlı, kafedranın müəllimləri Xəyalə Cəfərova, Ülkər Görgülü isə müzakirəyə onlayn qoşulublar. Sədr müzakirə iştirakçılarına iddiaçını təqdim edib, onun elmi-pedaqoji fəaliyyəti haqqında məlumat verib.

İddiaçı dissertasiya işinin elmi aktuallığı, tədqiqatın məqsədi və vəzifələri, əsas elmi yenilikləri haqqında məlumat verib, işin qısa məzmunu ilə iştirakçıları tanış edib, verilən sualları cavablandırıb.

Daha sonra kafedranın professor-müəllim heyəti təqdim olunmuş dissertasiyanı müzakirə edib, tamamlanmış elmi tədqiqat işi kimi yüksək qiymətləndiriblər.

Sonda dissertasiya işinin filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Ali Attestasiya Komissiyası tərəfindən dissertasiya işinə qoyulan tələblərə cavab verdiyi qeyd olunub və müdafiənin növbəti mərhələsinə tövsiyə olunması qərara alınıb.

Dissertantın elmi rəhbəri fil.e.d., prof. Vaqif Soltan oğlu Verdiyevdir.

İctimaiyyətlə əlaqələr şöbəsi
01.06.2021

 

DİGƏR XƏBƏRLƏR