XƏBƏRLƏR

Azərbaycan Universiteti “Sağlam Bir Dünya üçün Yaşıl Enerji” müsabiqəsi elan edir

Azərbaycan Universiteti “Sağlam Bir Dünya üçün Yaşıl Enerji” müsabiqəsi elan edir

05 oktyabr 2017

Baxış sayı: 4977

Azərbaycan Universiteti Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə birlikdə “SAĞLAM BİR DÜNYA ÜÇÜN YAŞIL ENERJİ”mövzusunda ən yaxşı tələbə elmi işi müsabiqəsi elan edir.

Müsabiqə tələbə, magistrant, doktorant və dissertantların yaradıcı və intellektual potensialının ortaya çıxarılması və formalaşmasına, onların yaradıcılıq qabiliyyətinin aşkarlanması və stimullaşdırılmasına xidmət edir. Müsabiqənin keçirilməsində əsas məqsəd gənclər arasında elmə, texnologiya və innovasiyalara maraq oyatmaq, gəncləri qlobal elmi problemlərin həllinə cavab axtarışına cəlb etmək, onların elm haqqında təsəvvürlərini cəmiyyətin vacib dəyəri kimi genişləndirməkdir.

İki mərhələdən ibarət müsabiqə aşağıdakı istiqamətlər üzrə keçirilir: 

  • Alternativ və bərpa olunan enerji və onun saxlanması (külək, günəş-istilik, hidroenerji, biokütlə, bioqaz, dəniz sistemləri, hidrogen və s.)
  • Enerjiyə qənaət, idarəetmə və effektivlik (enerjinin idarə edilməsi, elektrik şəbəkələri, enerji  istehsal sistemləri, enerjiyə qənaət edən cihazlar, alternativ mühərriklər)
  • Enerji menecmenti, nəqliyyatda enerjiyə qənaət, adi və alternativ yanacaq növləri (alternativ yanacaqlar, hibrid nəqliyyat vasitələri, alternativ nəqliyyat sistemləri, alternativ mühərriklər)
  • Enerji, elm, texnika və cəmiyyət (hüquqi çərçivələr və idarəedici orqanlar, maliyyə sxemləri və proqramlar – beynəlxalq, regional və yerli, iqlim dəyişikliyi, meteorologiya, eko turizm, ekologiya və inkişaf)
  • Dayanıqlı enerji sistemləri və intellektual şəbəkələr.

Qaliblərə  I, II və III dərəcəli diplomlar, hədiyyələr və pul mükafatı təqdim ediləcək, qalib işlərin elmi rəhbərləri və məsləhətçiləri də təltif ediləcəklər. 

  • I yer – 1 nəfər - 800 manat
  • II Yer – 1 nəfər - 600 manat
  • III Yer – 1 nəfər - 400 manat 

Qalib gələn işlər məqalə formasında AAK-ın siyahısına daxil olan “İpək Yolu” elmi jurnalında çap ediləcəkdir.

Daha ətraflı məlumat üçün müsabiqənin linki aşağıdadır:

/az/menu/174/saglam-bir-dunya-ucun-yasil-enerji-movzusunda-en-yaxsi-telebe-elmi-isi-musabiqesi

İctimaiyyətlə əlaqələr şöbəsi
05.10.2017


DİGƏR XƏBƏRLƏR