XƏBƏRLƏR

“Sağlam bir dünya üçün yaşıl enerji” müsabiqəsinə müraciətlər başa çatır

“Sağlam bir dünya üçün yaşıl enerji” müsabiqəsinə müraciətlər başa çatır

14 yanvar 2018

Baxış sayı: 3957

“Sağlam bir dünya üçün yaşıl enerji”mövzusunda Azərbaycan Universiteti tərəfindən elan olunan “Ən yaxşı tələbə elmi işi” müsabiqəsinə müraciətlər 1 fevral 2018-ci il tarixində başa çatır. Müsabiqənin ikinci mərhələsi 16 fevral günü start götürəcək.

İkinci mərhələyə keçən iştirakçılar  20 dəqiqə ərzində elmi işlərini komissiya qarşısında  təqdim etməlidirlər. Daxil olan işlər komissiya tərəfindən işin aktuallığı və yeniliyi; tədqiqata yanaşmanın orijinallığı; aparılan tədqiqatın dərinliyi və innovativliyi; alınmış nəticələrin qoyulan məsələlərə uyğunluğu və əsaslandırılması; görülmüş işin nəzəri və tətbiqi əhəmiyyəti; təqdimatın hazırlanması, çıxış zamanı interaktiv materiallardan istifadə edilməsi kimi kriretiyalara əsasən qiymətləndiriləcəkdir. Bütün iştirakçılara sertifikatlar təqdim olunacaq, yekun seçim qərarı 15 mart 2018-ci il tarixində elan olunacaqdır. Qaliblərin təltif olunması mərasimi də həmin gün Azərbaycan Universitetində keçiriləcəkdir.

Qaliblərə  I, II və III dərəcəli diplomlar, hədiyyələr və pul mükafatı təqdim ediləcək, qalib işlərin elmi rəhbərləri və məsləhətçiləri də təltif ediləcəklər.

 

  • I yer – 1 nəfər - 800 manat
  • II Yer – 1 nəfər - 600 manat
  • III Yer – 1 nəfər - 400 manat

 

Qalib gələn işlər məqalə formasında AAK-ın siyahısına daxil olan “İpək Yolu” elmi jurnalında çap ediləcəkdir.

Müsabiqənin tərəfdaşı Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyidir.

Müsabiqə tələbə, magistrant, doktorant və dissertantların yaradıcı və intellektual potensialının ortaya çıxarılması və formalaşmasına, onların yaradıcılıq qabiliyyətinin aşkarlanması və stimullaşdırılmasına xidmət edir.

Daha ətraflı məlumat üçün müsabiqənin linki aşağıdadır:
/yasilenerji

İctimaiyyətlə əlaqələr şöbəsi
15.01.2018

DİGƏR XƏBƏRLƏR