XƏBƏRLƏR

“Salam, Şuşa. Biz qayıtmışıq” adlı bilik yarışının qalibləri mükafatlandırılıb

“Salam, Şuşa. Biz qayıtmışıq” adlı bilik yarışının qalibləri mükafatlandırılıb

19 may 2022

Baxış sayı: 1164

Azərbaycan Universitetinin tələbələri arasında Şuşa ilinə həsr olunan “Salam, Şuşa. Biz qayıtmışıq” adlı bilik yarışı keçirilib. Yarışda 8 komandada 40 tələbə biliyini sınayıb.

Bilik yarışında komandalar Qarabağ və Şuşanın tarixi, ədəbi mühiti, görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığına dair sualları cavablandırıblar. Yarışda “Zirvə”, “Zəfər”, Şuşa”, “Neptun”, “Albert”, “Ceyhun Hacıbəyli”, “Xarı Bülbül”, “Viktorian” komandaları arasında maraqlı və gərgin keçən  mübarizədə komandaların cavabları münsiflər heyəti tərəfindən qeydə alınıb və qiymətləndirilib.

Turların sonunda 3 qalib komanda müəyyən edilib. “Victorian” komandası III, “Ceyhun Hacıbəyli” komandası II, “Zirvə” komandası isə I yeri tutub. Qalib komandanın üzvləri hədiyyə və diplomlarla təltif ediliblər.

Bilik yarışı 2022-ci ilin Azərbaycan Respublikasında “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2022-ci il tarixli Sərəncamının və Azərbaycan Universitetinin “Şuşa İli” çərçivəsində həyata keçiriləcək tədbirlər planının icrasının təmin edilməsi məqsədilə keçirilib.

Qalib komandanın üzvlərini təbrik edir, bilik yarışında böyük ruh yüksəkliyi ilə iştirak edən bütün tələbələrimizə təşəkkür edirik!

İctimaiyyətlə əlaqələr şöbəsi
19.05.2022

DİGƏR XƏBƏRLƏR