XƏBƏRLƏR

Samirə Məmmədovanın məqaləsi nüfuzlu elmi bazada indekslənən jurnalda dərc olunub

Samirə Məmmədovanın məqaləsi nüfuzlu elmi bazada  indekslənən jurnalda dərc olunub

12 may 2022

Baxış sayı: 1135

Azərbaycan Universiteti Xarici dillər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Məmmədovanın “On the linguistic features of auto-narrative investigation” (introversion coefficient, auto-reflection, auto-quotation, auto-correction and reflexives - in the context of meta-language elements) adlı elmi məqaləsi Clarivate Analytics və Scopus elmi bazasında indekslənən “Revista Universidad y Sociedad” elmi jurnalında çap olunub. Məqalədə son dövrlər aktual olan “narrativ paradiqma” anlayışı təhlil olunub, təhkiyənin ifadə olunma tərzinə yeni aspektdən baxılıb və daha yeni təhlil rakursları haqqında məlumat verilib. Eyni zamanda burada təhkiyə formatının seçimindən asılı olaraq, avtorefleksiya, avtodialoq, avtokorreksiya faktlarının mətndaxili işlənmə tezlikləri də təhlil olunub.  

Məqaləyə keçid: https://rus.ucf.edu.cu/index.php/rus/article/view/2895

İctimaiyyətlə əlaqələr şöbəsi
12.05.2022

DİGƏR XƏBƏRLƏR