XƏBƏRLƏR

Şəmkir Heydər Əliyev Mərkəzində Azərbaycan Universitetinin təqdimatı keçirilib

Şəmkir Heydər Əliyev Mərkəzində Azərbaycan Universitetinin təqdimatı keçirilib

08 iyun 2017

Baxış sayı: 5423

Şəmkir Heydər Əliyev Mərkəzində abituriyentlər üçün Azərbaycan Universitetinin təqdimatı keçirilib. Təqdimatda millət vəkili, Şəmkir Heydər Əliyev Mərkəzinin direktoru Sona Əliyeva, Şəmkir rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlınski, Azərbaycan Universitetinin əməkdaşları, Rayon Təhsil Şöbəsinin əməkdaşları və abituriyentlər iştirak ediblər.

Təqdimatda abiturieyntlərə universitetdə yaradılmış şəffaf təhsil mühiti, fakültələr və tədris olıunan ixtisaslar, tələbə təqaüdləri və güzəştlər, beynəlxalq əlaqələr və xarici universitetlərdə təqaüdlü təhsil və təcrübə imkanları haqqında ətraflı məlumat verilib, suallar cavablandırılıb.

Sonda Şəmkir Heydər Əliyev Mərkəzi önündə xatirə fotoşəkili çəkdirilib.

Azərbaycan Universitetinin əməkdaşları Şəmkir Heydər Əliyev Mərkəzi ilə də tanış olublar.

İctimaiyyətlə əlaqələr şöbəsi
08.06.2017

DİGƏR XƏBƏRLƏR