XƏBƏRLƏR

Azərbaycan Universiteti ilə Sent-Luis Vaşinqton Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Azərbaycan Universiteti ilə Sent-Luis Vaşinqton Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

11 oktyabr 2022

Baxış sayı: 9368

Azərbaycan Universiteti ilə Sent-Luis Vaşinqton Universiteti arasında Zoom platforması üzərindən onlayn əməkdaşlıq görüşü keçirilib. Görüşdə Azərbaycan Universitetini elmi işlər üzrə prorektor Yusif Qasımov, Elm şöbəsinin müdiri Lətifə Ağamalıyeva, Sosial işin təşkili kafedrasının müdiri Tünzalə Verdiyeva və kafedranın müəllimi Aygün Muradlı, Sent-Luis Vaşinqton Universitetini isə  bu  ali məktəbin müəllimi və Azərbaycan Sosial İş İctimai Birliyinin prezidenti Aytəkin Hüseynli, birliyin idarə heyətinin üzvü Amalya Sezgin və birliyin icraçı direktoru Sənan Ağayev təmsil edib. 

Görüşdə universitetlər arasında Sosial iş ixtisası üzrə ikili diplom proqramının yaradılması, beynəlxalq konfransın keçirilməsi, birgə elmi-tədqiqat işlərinin aparılması və Sosial iş elm sahəsi üzrə elmi jurnalın çap edilməsi barədə müzakirələr aparılıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR