XƏBƏRLƏR

“Sintaksisin aktual problemləri” adlı dərs vəsaiti çap olunub

“Sintaksisin aktual problemləri” adlı dərs vəsaiti çap olunub

29 mart 2018

Baxış sayı: 4488

Azərbaycan Universitetinin dosenti Əminə İbrahimlinin “Sintaksisin aktual problemləri” adlı dərs vəsaiti çapdan çıxıb. 98 səhifədən ibarət vəsait sintaksis sahəsində hazırda aktual olan, filoloqları və elmi ictimaiyyəti narahat edən bir sıra mübahisəli məsələləri əhatə edir. Dərs vəsaitində bu məsələlərin dilçilik ədəbiyyatında qoyuluşu, həll yolları ilə bağlı dilçi alimlərin maraq doğuran və elmi cəhətdən əsaslandırılmış fikirləri izlənilir və münasibət bildirilir.

Vəsaitdə mövcud dilçilik ədəbiyyatına geniş şəkildə müraciət olunub.

Dərs vəsaitinin elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Əliquliyeva, rəyçiləri filologiya elmləri doktoru, professor Buludxan Xəlilov və filologiya elmləri doktoru, professor Əzizxan Tanrıverdiyevdir.

Vəsait ali məktəblərin filologiya fakültələriin magistratura pilləsi üçün nəzərdə tutulub, lakin ondan bakalavriat pilləsinin yuxarı kurs tələbələri, eləcə də Azərbaycan dili və ədəbiyyatı müəllimləri də istifadə edə bilər.

İctimaiyyətlə əlaqələr şöbəsi
30.03.2018


DİGƏR XƏBƏRLƏR