XƏBƏRLƏR

Siyasi və ictimai elmlər kafedrası “İlin kafedrası” nominasiyasının qalibidir

Siyasi və ictimai elmlər kafedrası “İlin kafedrası” nominasiyasının qalibidir

09 yanvar 2025

Baxış sayı: 166

Azərbaycan Universitetinin 2025-ci il üzrə Elmi Şurasının ilk iclasında Elm şöbəsinin müdiri Lətifə Ağamalıyeva elmi-tədqiqat işlərinin yekunları və əldə olunmuş mühüm elmi nəticələrə dair hesabat məruzəsi ilə çıxış edib, həmçinin “İlin kafedrası” nominasiyasının qalibini elan edib. 

Bildirilib ki, qeyd olunan nominasiya üzrə qalibin müəyyənləşdirilə bilməsi üçün hər ilin sonunda kafedralar elmi fəaliyyət göstəricilərinə görə qiymətləndirilir. Bu qiymətləndirmə müxtəlif kriteriyalar üzrə aparılır. Kafedra  əməkdaşlarının hesabat dövrü ərzində çap olunan məqalələri, kitab, dərs vəsaiti və proqramlar, iştirak etdiyi konfranslar, qrant layihələri və başqa kriteriyalar əsas götürülür. Yekun nəticəyə görə Siyasi və ictimai elmlər kafedrası hesabat ilini ən yüksək göstərici ilə başa vuraraq “İlin kafedrası” adına layiq görülüb. 

Kafedranın müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elvin Talışınskiyə “İlin kafedrası” sertifikatını Elmi işlər üzrə prorektor Yusif Qasımov təqdim edib. 

İclasda universitetin elmi fəaliyyətdə xüsusi fərqlənmiş əməkdaşları da  təltif edilib. Rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva, Siyasi və ictimai elmlər kafedrasının müdiri Elvin Talışınski, Tərcümə və filologiya kafedrasının professoru Şaban Hüseynov səmərəli elmi fəaliyyətə görə sertifikatla təltif olunublar.

Qeyd edək ki, Elmi Şuranın ilk iclasında Azərbaycan Universitetinin 2024-cü ildəki fəaliyyətinin nəticələri müzakirə edilib, ötən il əldə olunmuş uğurlara geniş nəzər salınıb, qarşıda duran məsələlərə və bəzi çatışmazlıqlara diqqət yetirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR