XƏBƏRLƏR

Siyasi və ictimai elmlər kafedrasının müəllimi Aliyə Hacıyeva Türkiyədə akademik səfərdə olub

Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müəllimi Aliyə Hacıyeva Türkiyənin Gaziantep şəhərində yerləşən Hasan Kalyoncu Universitetində akademik səfərdə olub. O, bir həftə davam edən səfər çərçivəsində bu ali məktəbin tələbələri üçün beynəlxalq münasibətlər və qloballaşma sahəsində aktual mövzuları əhatə edən mühazirələr oxuyub.

Aliyə Hacıyevanın mühazirələri  “Qloballaşma: anlayışlar və nəzəri yanaşmalar”, “Qloballaşma dövründə beynəlxalq münasibətlərin əsas inkişaf meyilləri”, “Müasir dünyada qloballaşmanın əsas ssenariləri”, “Qloballaşma və regional əməkdaşlıq kontekstində Azərbaycan və Türkiyə” kimi mövzulara həsr olunub. 

İnteraktiv formatda təşkil olunan dərslərdə qloballaşmanın nəzəri əsasları, beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər, Azərbaycan və Türkiyə arasında regional əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR