XƏBƏRLƏR

“Social Work & Social Research” konfransına 32 ölkədən məruzə daxil olub

“Social Work & Social Research” konfransına  32 ölkədən məruzə daxil olub

13 noyabr 2023

Baxış sayı: 1845

Azərbaycan Universitetinin 24-25 noyabr 2023-cü il tarixlərində ABŞ-ın Sent-Luis Vaşinqton Universiteti, Türkiyənin Sakarya Universiteti və Sosial Tədqiqatlar Mərkəzi ilə birgə təşkil etdiyi “Social Work & Social Research” beynəlxalq konfransına hazırlıq işləri davam edir. 

Konfransda böhran dövründə sosial iş təcrübəsi, sosial iş təhsilinin inkişafı, bu sahədə beynəlxalq standartların yaradılması, həssas qrupların sosial müdafiəsi və bu kimi digər məsələlər diqqət mərkəzində olacaq və fikir mübadiləsi aparılacaq. Konfransın bölmə iclaslarında Sosial iş təhsili sahəsində səriştələrin, yeni bacarıqların və qlobal standartların yaradılması; Davamlı inkişaf və sosial iş təhsili; Sosial iş təhsilində rəqəmsallaşma və İKT; İctimai səhiyyə böhranı; Müharibədən zərərçəkənlər və hərbçilərlə sosial iş; Həssas qruplar və sosial müdafiə kimi mövzuların müzakirəsi planlaşdırılır. 

Konfransa dünyanın 32 ölkəsindən 156 məruzə daxil olub. 20-yə yaxın ölkədən isə konfransın mövzusu üzrə dünyanın ən tanınmış 40-a qədər alimi “in person” iştirakını təsdiq edib.

Konfransın plenar məruzəçiləri mövzu üzrə dünyanın ən tanınmış alimləridir.

Konfrans materialları Web of Science və Scopus bazalarında indekslənmək üçün təqdim ediləcəkdir.

Qeyd edək ki, beynəlxalq konfransının keçirilməsində məqsəd bu sahədə çalışan tədqiqatçıların sosial iş və sosial siyasət sahəsindəki aktual məsələlərin müzakirəsinə qoşulması, əhalinin müxtəlif kateqoriyalarının sosial və psixoloji səviyyəsinin yüksəldilməsinə yönəlmiş müasir texnologiyaların, sosial təcrübələrin hazırlanması və tətbiqi sahəsində təcrübə mübadiləsidir.

Konfrans haqqında daha ətraflı məlumatı keçidə daxil olmaqla əldə etmək mümkündür: 
https://au.edu.az/en/conferences/social-work-and-social-research

Konfransın plenar məruzəçiləri:

  • Michael Sherraden
    George Warren Brown Distinguished University Professor
    Director, Center for Social Development; Director, Next Age Institute
    Washington University in St. Louis, USA
    Title: Financial Capability and Asset Building (FCAB) in Social Policy and Social Work Education
  • Aytakin Huseynli 
    MSW, PhD, Center for Social Development, Washington University in St. Louis, USA
    Title: Child Development Accounts in Oil-Gas-Rich Countries: Case of Azerbaijan and Kazakhstan
  • Jin Huang
    Professor, College of Public Health and Social Justice at Saint Louis University;
    Research Professor at Washington University, USA
    Title: Financial Capability and Asset Building: Education and Practice for Social Workers 
  • Shu Fang
    Professor, Central University of Finance and Economics, China
    Title: Financial Capability and Social Work in China
  • Lissa Johnson
    Associate Director, Center for Social Development, Washington University in St. Louis, USA
    Title: Financial Capability and Social Work in the United States
  • Nazgul Sagindykova 
    Vice-Minister of Labor and Social Protection of the Population of the Republic of Kazakhstan
    Title: Child Development Accounts in Kazakhstan: National Child Fund
  • Aviad Tur-Sinai
    Professor, Max Stern Yezreel Valley College, Israel
    Title: Israeli’s CDAs – Uniqueness, Successes and Challenges
  • Li Zou
    International Director, Center for Social Development, Washington University in St. Louis, USA
    Title: Child Accounts for All: Global Vision and Potential

İctimaiyyətlə əlaqələr şöbəsi




DİGƏR XƏBƏRLƏR