XƏBƏRLƏR

Sonuncu kurs tələbələri üçün “Karyera quruculuğu” mövzusunda mühazirə təşkil olunub

Sonuncu kurs tələbələri üçün “Karyera quruculuğu” mövzusunda mühazirə təşkil olunub

07 mart 2024

Baxış sayı: 412

“Sky Lion” şirkətinin adminstrativ ofis rəhbəri, Ekoloji maarifləndirmə üzrə ştatdankənar ekspert, beynəlxalq lektor Gülnar Hüseynova Biznes və iqtisadiyyat fakültəsinin IV kurs tələbələrinə “Karyera quruculuğu” mövzusunda mühazirə oxuyub.

Tədbirdə karyera planlaması və inkişafı, karyera quruculuğunun elementləri, məqsədin düzgün müəyyənləşdirilməsi, hədəfin seçilməsi, uğurlu karyeraya nail olmağın yollarından bəhs edilib. Qonaq öz təcrübəsini tələbələrlə bölüşüb, həmçinin onlara peşəkar məsləhətlər verib. Tədbir mövzu ətrafında müzakirə və tələbələrin suallarının cavablandırılması ilə davam edib.

Qonaq tələbələrlə görüşə İqtisadiyyat və idarəetmə kafedrasının müəllimi, iqtisad üzrə fəlsəfə doktoru İntizar Qurbanovanın tədris etdiyi “Karyera planlaması” fənni çərçivəsində dəvət olunub. Tədbirdə kafedranın müəllim heyəti də iştirak edib.

Tədbirdə ekoloji maarifləndirmənin, ətraf mühitin qorunmasının, təbiətə humanist münasibətin əhəmiyyəti də vurğulanıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR