XƏBƏRLƏR
Sosial iş fakültəsində internat məzunlarının problemləri müzakirə olunub
Azərbaycan Universitetinin Sosial iş fakültəsinin tələbələri üçün internat məzunlarının problemlərinin həllinə həsr olunmuş mühazirə təşkil olunub. Mühazirəni “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin sədri Araz Əhmədov aparıb.
Mühazirədə Azərbaycanda internat məktəblərini bitirən gənclərin üzləşdikləri psixoloji və sosial çətinliklər - mənzil təminatı və məşğulluq problemləri müzakirə olunub. Bildirilib ki, əsas problem onların cəmiyyətə inteqrasiyası və cəmiyyətin onları qəbul etməsi zamanı yaranır.
Mühazirədə son dövrlərdə valideynlərini itirən və ya valideyn himayəsindən məhrum olmuş, kimsəsiz gənclərin ev və işlə təminatı istiqamətində əldə olunan irəliləyişlər haqqında konkret faktlar əsasında məlumat çatıdırılıb, tələbələrin sualları cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi
23.11.2017