XƏBƏRLƏR

Sosial iş fakültəsində qadınlara qarşı zorakılıqla mübarizə yolları müzakirə olunub

Sosial iş fakültəsində qadınlara qarşı zorakılıqla mübarizə yolları müzakirə olunub

14 dekabr 2016

Baxış sayı: 4760

Bu gün Azərbaycan Universitetinin Sosial iş fakültəsində qadınlara qarşı zorakılıqla mübarizə yolları müzakirə olunub. Müzakirə üç nəsilin eyni evdə yaşadığı ailədə gənc bir xanımın məruz qaldığı məişət zorakılığı real keysi ətrafında aparılıb. Mövzu üzrə ekspertlər keysi hərtərəfli müzakirə edərək, bənzər problemlərin həlli istiqamətində səmərəli çıxış yolları axtarıb, təkliflər veriblər.   

Dəyirmi masada dünyada və Azərbaycanda qadınlara qarşı zorakılığın miqyası və vəziyyəti, bu sahədə irəliləyişin təmin olunması istiqamətində görülməli olan işlər haqqında nəzəri müzakirələr də aparılıb.

Tədbirdə Sosial iş fakültəsinin rəhbərliyi, “Azərbaycanda Sosial Xidmət Təminatının İnkişafı” tvinninq layihəsinin müşaviri Herbert Paulişin, Mədəniyyət və İncəsənət Universitetindən kültürologiya üzrə fəlsəfə doktoru, dos. Sədaqət Əliyeva, İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Nəzakət Balabəyova, Qırmızı Xaç Komitəsinin nümayəndəsi Mətanət Qaraxanova, “Futbolçulara Hüquqi Yardım Mərkəzi” İctimai Birliyinin nümayəndəsi Gülnaz Məmmədli, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin eksperti Sədaqət Paşayeva və Sosial iş fakültəsinin müəllim və tələbə heyəti iştirak edib.

Tədbir daha sonra Sosial iş fakültəsinin IV kurs tələbəsi Yasin Babullazədnin “Utopiya” adlı solo konsert proqramı ilə davam edib. Yasin Babullazadə söz və musiqisi özünə aid rep tərzində oxuduğu mahnılarda mövzu üzrə problemləri musiqi dili ilə çatdırıb. Konsert proqramı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. 

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
14.12.2016

DİGƏR XƏBƏRLƏR