XƏBƏRLƏR

Sosial iş fakültəsinin tələbələri üçün qaçqınların statusu mövzusunda təlim keçirilib

Sosial iş fakültəsinin tələbələri üçün qaçqınların statusu mövzusunda təlim keçirilib

02 noyabr 2017

Baxış sayı: 5149

Azərbaycan Universitetinin Sosial iş fakültəsinin tələbələri üçün “Qaçqınların və məcburi köçkünlərin statusu və sosial müdafiəsi” mövzusunda təlim keçirilib. Təlim Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “Təkamül” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi tərəfindən birgə həyata keçirilən “Sənin hüquqların” layihəsi çərçivəsində baş tutub. Təlim ictimai birliyin sədri, hüquqşünas Günel Səfərova tərəfindən aparılıb.

Təlimdə “Qaçqınların və məcburi köçkünlərin hüquqi statusu”, Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi”, “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları, azadlıqları və vəzifələri”, “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məsuliyyəti” mövzuları üzrə məlumat verilib, bu sahədə sosial işin aparılması məsələsi müzakirə olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi
02.11.2017

DİGƏR XƏBƏRLƏR