XƏBƏRLƏR

“Şuşaya qayıdış” rəsm sərgisinin iştirakçıları təltif olunub

“Şuşaya qayıdış” rəsm sərgisinin iştirakçıları təltif olunub

30 yanvar 2023

Baxış sayı: 5506

Azərbaycan Universitetində “Şuşa İli”nə həsr olunan daha bir müsabiqə uğurla yekunlaşıb. İnformasiya - kommunikasiya texnologiyaları fakültəsinin Tələbə Elmi Cəmiyyəti tərəfindən təşkil olunan “Şuşaya Qayıdış” adlı rəsm sərgisinin iştirakçıları sertifikatla təltif olunublar. Sərginin təşkil olunmasında məqsəd Qarabağın və Şuşanın təbliğinə rəsmlər vasitəsilə töhfə verməkdir. 

Rəsm sərgisinin iştirakçılarına sertifikatlarını elmi işlər üzrə prorektor Yusif Qasımov və Riyaziyyat və informatika kafedrasının müdiri Rəşad Məstəliyev təqdim edib. Prorektor Yusif Qasımov Şuşanın gözəlliklərini rənglərin dili ilə çatdırdıqları üçün tələbələrə təşəkkür edib. 

Qeyd edək ki, müsabiqə 2022-ci ilin Azərbaycan Respublikasında “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2022-ci il tarixli Sərəncamını rəhbər tutaraq və Azərbaycan Universitetinin “Şuşa İli” çərçivəsində həyata keçiriləcək tədbirlər planına uyğun olaraq təşkil olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR