XƏBƏRLƏR

Tədqiqat üsullarına həsr olunmuş təlimlər davam edir

Tədqiqat üsullarına həsr olunmuş təlimlər davam edir

02 dekabr 2020

Baxış sayı: 2200

Azərbaycan Universitetində magistrant, doktorant və dissertantların layihə, diplom və dissertasiya işlərinin uğurlu hazırlanması üçün tədqiqat bacarıqlarının inkişaf etdirilməsi, onların elmi-nəzəri və metodiki baxımdan hazırlıqlı olmaları məqsədilə təşkil olunan təlimlər davam edir.

Növbəti təlimi maliyyə və iqtisadiyyat kafedrasının professoru Röya Anvari aparıb. “Microsoft Teams” platforması üzərindən ingilis dilində təşkil olunan təlimdə sosial elmlərdə istifadə olunan tədqiqat prosesi nəzərdən keçirilib.

Təlimlər Universitetin Təlim və Tədris Mərkəzi ilə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi tərəfindən birgə təşkil olunur. Təlimlərdə iştirak etmək istəyən magistrant, doktorant və dissertantlar Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinə müraciət edə bilərlər.

Tel.: (+994 12) 431 41 12/13/16 daxili 126, 0502683800

İctimaiyyətlə əlaqələr şöbəsi
02.12.2020

DİGƏR XƏBƏRLƏR