XƏBƏRLƏR

Tədqiqat üsullarına həsr olunmuş növbəti təlim keçirilib

Tədqiqat üsullarına həsr olunmuş növbəti təlim keçirilib

09 dekabr 2020

Baxış sayı: 2460

Maliyyə və iqtisadiyyat kafedrasının professoru Röya Anvari növbəti dəfə tədqiqat üsullarına həsr olunmuş təlim keçib. “Microsoft Teams” platforması üzərindən ingilis dilində təşkil olunan təlimdə sosial elmlərdə istifadə olunan tədqiqat prosesi, məlumat toplama metodu, əsas və ikinci dərəcəli mənbələr, anket və intervyu növləri haqqında məlumat verilib.

Təlim və Tədris Mərkəzi ilə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi tərəfindən birgə təşkil olunan təlimlər magistrant, doktorant və dissertantların layihə, diplom və dissertasiya işlərinin uğurlu hazırlanması üçün tədqiqat bacarıqlarının inkişaf etdirilməsi, onların elmi-nəzəri və metodiki baxımdan hazırlıqlı olmaları məqsədilə keçirilir.

Təlimlərdə iştirak etmək istəyən magistrant, doktorant və dissertantlar Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinə müraciət edə bilərlər.

Tel.: (+994 12) 431 41 12/13/16 daxili 126, 0502683800

İctimaiyyətlə əlaqələr şöbəsi
09.12.2020

DİGƏR XƏBƏRLƏR