XƏBƏRLƏR

TEC-dən tələbələr üçün karyera təlimləri

TEC-dən tələbələr üçün karyera təlimləri

24 aprel 2018

Baxış sayı: 4238

Biznes və iqtisadiyyat fakültəsinin Tələbə Elmi Cəmiyyəti tərəfindən tələbələri iş həyatına hazırlamaq və praktik vərdişlər aşılamaq məqsədilə 5 həftəlik təlimlərə start verilib. Təlimlər düzgün CV hazırlanması, iş müsahibələrinə hazırlıq, iş mühitinə psixoloji hazırlıq, xaricdə təhsil, motivasiya və bu kimi mövzuları əhatə edir.

60 tələbənin iştirak etdiyi təlimlər peşəkar təlimçilər tərəfindən aparılır.

İndiyə qədər “Oskar Education and Consulting” şirkətinin rəhbəri Hikmət Səfərov “Xaricdə təhsil” mövzusunda, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin tədris məsələləri üzrə müşaviri Anar Məmmədov “İşgüzar səmərəlilik” mövzusunda, Biznes və iqtisadiyyat fakültəsinin dekan müavini Natiq Məmmədov isə “Motivasiya” mövzusunda təlim keçib.

Təlimin sonunda kursları tam bitirmiş iştirakçılara sertifikat təqdim olunacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi
24.04.2018

DİGƏR XƏBƏRLƏR