XƏBƏRLƏR
Tələbələr arasında intellektual çempionat keçirilib
Azərbaycan Universitetində tələbələr arasında “breyn-rinq” intellektual oyunu üzrə çempionat keçirilib. Üç turdan ibarət olan çempionatda “DreamTeam” və “Apollon” komandaları mübarizə aparıb. İştirakçılara 1 saat ərzində hər turda 9 sual olmaqla ümumilikdə 27 sual təqdim olunub.
“Apollon” komandası 13 suala doğru cavab verərək birinci yeri tutub. “DreamTeam” komandasının doğru cavablarının sayı isə 7 olub.
Qalib komandaya kubok və pul mükafatı təqdim olunub.
Yarışın keçirilməsində əsas məqsəd tələbələrin asudə vaxtının səmərəli təşkili ilə yanaşı onların intellektual inkişafının təmin olunmasıdır.
“DreamTeam” komandası
- Ramin Mehdiyev (Biznes və iqtisadiyyat fakültəsi)
- Əyyub Hacıyev (İnformasiya – kommunikasiya texnologiyaları fakültəsi)
- Nurlan Məmmədov (Biznes və iqtisadiyyat fakültəsi)
- Vəli Ələsgərov (Sosial iş fakültəsi)
- Seyidhəşim Həşimli (Humanitar fənlər fakültəsi)
- Fəranə Mikayılova (Humanitar fənlər fakültəsi)
“Apollon” komandası
- Ruslan Ağakişiyev (Humanitar fənlər fakültəsi)
- Vüqar Məmmədov (Biznes və iqtisadiyyat fakültəsi)
- Aytac Əlimirzəyeva (İnformasiya – kommunikasiya texnologiyaları fakültəsi)
- Elşən Əhmədov (Sosial iş fakültəsi)
- Zamin Zəkiyev (Sosial iş fakültəsi)
- Hikmət Qədirov (İnformasiya – kommunikasiya texnologiyaları fakültəsi)
İctimaiyyətlə əlaqələr şöbəsi
25.12.2017
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetində Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
18 sentyabr 2026
Azərbaycan Universitetinin dosenti ABŞ-də akademik səfərdə olub
16 sentyabr 2026
Azərbaycan Universitetində 2026/2027-ci tədris ilinə start verilib
15 sentyabr 2026
Bu il 22 tələbə Azərbaycan Universitetini fərqlənmə diplomu ilə bitirib
09 sentyabr 2026
Tərcümə və filologiya kafedrasının baş müəlliminə fəlsəfə doktoru elmi dərəcəsi verilib
07 sentyabr 2026
“Ulduz tələbə”lərin seçilməsi üçün müraciətlər başlayır
27 avqust 2026
