XƏBƏRLƏR

Tələbələr arasında ingilis dilində danışıq yarışı keçirilib

Tələbələr arasında ingilis dilində danışıq yarışı keçirilib

13 may 2022

Baxış sayı: 1229

Azərbaycan Universiteti Xarici dillər kafedrası və “Fred’s English” Beynəlxalq ingilis dili mərkəzinin birgə təşkilatçılığı ilə “Azerbaijan University Best Speaker” adlı ingilis dilində danışıq yarışı təşkil olunub. Yarışda ingilis dili bilik səviyyəsi minimum B1 olan tələbələr iştirak edib.

Yarışda hər iştirakçıya bir sual təqdim olunub və iştirakçı verilən suala ingilis dilində bir dəqiqə ərzində cavablandırıb. Suala ən yaxşı cavab verən ilk 3 nəfər qalib elan olunub.

Birinci yeri Sosial iş ixtisası üzrə II kurs tələbəsi Dilarə Fətullayeva, ikinci yeri Tərcümə (ingilis dili) ixtisası  üzrə III kurs tələbəsi Tamilla Quluzadə tutub. Üçüncü yerə isə Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə I kurs tələbəsi Ceyran Səmədova layiq görülüb.

Qaliblər hədiyyə ilə mükafatlandırılıblar.

İctimaiyyətlə əlaqələr şöbəsi
13.05.2022

DİGƏR XƏBƏRLƏR