XƏBƏRLƏR

Tələbələr arasında intellektual bilik yarışı keçirilib

Tələbələr arasında intellektual bilik yarışı keçirilib

02 dekabr 2021

Baxış sayı: 2004

Azərbaycan Universitetinin tələbələri arasında intellektual bilik yarışı keçirilib. Azərbaycan Universitetinin 30 illik yubileyinə həsr olunan yarışda 8 komandada 40 tələbə biliyini sınayıb.

Bilik yarışında komandalar ədəbiyyat, iqtisadiyyat, Azərbaycan Universitetinin tarixi, torpaqlarımızın Ermənistanın işğalından azad olunması uğrunda aparılmış Vətən Müharibəsi və Zəfər Tarixi, Qarabağa böyük qayıdış planının icrası ilə bağlı mövzuları əhatə edən sualları cavablandırıblar. Komandaların cavabları münsiflər heyəti tərəfindən qeydə alınıb və qiymətləndirilib.

Turların sonunda 3 qalib komanda müəyyən edilib. “Victorian” komandası III, “Zirvə” komandası II, “Zəfər” komandası isə I yeri tutub.

Qalib komandanın üzvlərini təbrik edir, bilik yarışında böyük ruh yüksəkliyi ilə iştirak edən bütün tələbələrimizə təşəkkür edirik!

İctimaiyyətlə əlaqələr şöbəsi
02.12.2021

DİGƏR XƏBƏRLƏR